Qadın futbolu üçün bu qədər pul çoxdur, onu yarıbayarı azaldın…

18 May 2023 17:40 Qadın futbolu 616
Qadın futbolu üçün bu qədər pul çoxdur, onu yarıbayarı azaldın…

AFFA növbəti mövsüm qadın futbolu ilə bağlı Premyer Liqa klubları qarşısında qoyduğu tələbi yumşalda bilər.

Söhbət dövlətin ayırdığı və federasiya tərəfindən istiqamətləri müəyyənləşdirilən dotasiyadan gedir.

Şərtə görə, burada nəzərdə tutulan 3 milyon manatın 100 min manatı qadınlardan ibarət komandanın yaradılmasına və saxlanılmasına səfr olunmalıdır.

Yalnız «Qarabağ» və «Zirə» zərif cins nümayəndələrindən ibarət kollektiv formalaşdırmaqdan imtina edib. Yəni, bu iki klub həmin 100 min manat yardımı almağı məqbul saymayıb.

Digər iştirakçılar isə bu qədər məbləği sırf qadın futbolçulara xərcləməyi israf sayır.

Bununla bağlı AFFA ilə aparılan danışıqlarda təklif və təkid olunub ki, adıçəkilən sahəyə ayrılan kvotanın həcmi yarıbayarı azaldılsın, yerdə qalan vəsait ümumi akademiya üçün ayrılmış məbləğə əlavə olunsun.

Federasiya bu çağırışa barmaqarası yanaşmayıb və dəyişikliyi mümkün sayıb. Rəsmi qərarın yaxın günlərdə açıqlanması gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti