Millimiz Farerə qalib gəldi

7 Aprel 2022 01:10 Qadın futbolu 558
Millimiz Farerə qalib gəldi

On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda mübarizəyə qələbə ilə başlayıb.

Sportinfo.az xəbər verir ki, B liqasının birinci qrupunda mübarizə aparan yığmamız Farer adaları ilə qarşılaşıb.

Şimali İrlandiyanın Larn şəhərindəki “İnver Park”da keçirilən görüş baş məşqçi Vüqar Əsgərlinin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Yığmanın heyətində qolları 20-ci dəqiqədə Aysun Muradova və 41-ci dəqiqədə Pərvin Səfərəliyeva vurublar.

Bu qrupun digər oyununda ev sahibi Şimali İrlandiya Malta seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Azərbaycan millisi qrupdakı ikinci matçını aprelin 9-da Maltaya qarşı keçirəcək.

Farer adaları – Azərbaycan 0:2
Qol: Aysun Muradova, 20. Pərvin Səfərəliyeva, 41.
Hakimlər: Triinu Laos, Anni Koppel (hər ikisi Estoniya), Viktoriya Finlay, Ben Makmaster (hər ikisi Şimali İrlandiya).
İnver Park. Larne.

Digər Xəbərlər
Xəbər Lenti