COP29

“Azərbaycanla matçda daha açıq, daha aqressiv və daha rahat oynadıq”

8 Dekabr 2024 11:05 Qadın futbolu 660
“Azərbaycanla matçda daha açıq, daha aqressiv və daha rahat oynadıq”

“Təəssüf ki, Azərbaycanla ikinci deyil, birinci yoldaşlıq oyunumuz canlı yayımlandı”.

Sportinfo.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Rusiya millisinin kapitanı Nadejda Smirnova deyib.

O, Rusiya Futbol İttifaqının mətbuat xidmətinə açıqlama verib. Nadejda Azərbaycan yığması ilə Soçi toplanışında keçirilən ikinci yoldaşlıq oyunundakı 1:0 hesablı qələbədən məmnun qalıb:

“Çünki bu matç daha keyfiyyətli alındı. Daha baxımlı futbol nümayiş olundu.

Ümid edirəm ki, sözlərimə inanacaqlar. Bu, həqiqətən də belə idi. Çünki biz ilk qarşılaşmanı analiz etmişdik.

Oyunumuzda bəzi düzəlişlər etdikdən sonra Azərbaycanla ikinci matçda daha açıq, daha aqressiv və daha rahat oynadıq”.

Rusiya və Azərbaycan milli komandaları arasında Soçi toplanışı çərçivəsində baş tutan hər iki yoldaşlıq oyununda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.

Xəbər Lenti