Azərbaycan millisinin futbolçusu klubunu dəyişdi

18 Oktyabr 2021 14:40 Qadın futbolu 1 358
Azərbaycan millisinin futbolçusu klubunu dəyişdi

Türkiyənin qadınlardan ibarət liqasında çıxış edən "Kayseri Genclerbirliyi" Azərbaycan millisinin futbolçusu Sona Rəhimovanı heyətinə qatıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kayseri təmsilçisi 20 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalayıb.

Rəhimovanın sözləşməsinin detalları açıqlanmayıb. O, artıq yeni komandası ilə məşqlərə də start verib.

Sona Rəhimova daha əvvəl "Kayserispor"un şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi