Yığmamız seçmə mərhələyə ruslara məğlubiyyətlə başladı

17 Sentyabr 2021 23:20 Qadın futbolu 977
Yığmamız seçmə mərhələyə ruslara məğlubiyyətlə başladı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv E qrupundakı ilk sınağında Rusiyanın qonağı olub.

Moskvada oynanılan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Rusiya seçməsinin heyətində qolları 42-ci dəqiqədə Marina Fyodorova, 75-ci dəqiqədə isə Nelli Korovkina vurublar.

Bu qrupun digər oyunlarında Danimarka Maltanı 7:0, Monteneqro isə Bosniya və Herseqovinanı 3:2 hesabı ilə məğlub edib. Azərbaycan millisi növbəti oyununu sentyabrın 21-də Bakıda Danimarkaya qarşı keçirəcək.

Rusiya – Azərbaycan 2:0
Qollar:
Marina Fedorova, 42. Nelli Korovkina, 75.
Baş hakim: Viola Raudzina (Latviya)

Rusiya: 21. Yuliya Qiçenko, 3. Anna Kojnikova (k), 6. Alena Andreyeva (23. Lina Yakupova, 86), 8. Alsu Abdullina, 10. Nadejda Smirnova (9. Natalya Maşina, 74), 14. Kristina Maşkova (11. Elina Samoylova, 81), 15. Anna Belomıttseva, 17. Marina Fedorova, 16. Yana Şeina (18. Ekaterina Pantyukhina, 74), 20. Nelli Korovkina (19. Marqarita Çernomırdina, 86), 22. Viktoriya Kozlova.
Ehtiyat oyunçular: 1. Tatyana Şerbak, 12. Elvira Todua, 2. Nataliya Morozova, 4. Alena Ruzina, 5. Nataliya Perepeçina, 7. Mariya Qalay, 13. Vera Simanovskaya.
Baş məşqçi: Yuri Krasnojan.
Azərbaycan: 1. Aytac Şərifova, 2. Diana Məmmədova, 3. Jalə Məhsimova, 4. Nigar Mirzəliyeva, 5. Ayşən Əhmədova, 7. Manə Mollayeva, 10. Kristina Bakarandze (14. Coşqunə Əliyeva, 87), 11. Vüsalə Seyfəddinova, 18. Alina Dorofeyeva, 20. Peritan Bozdağ (15. Kamilla Məmmədova, 63), 21. Aysun Əliyeva (k) (6. Bilge Su Koyun, 87).
Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 22. Nərgiz Əliyeva, 8. Firəngiz Teymurova, 13. Nərgiz Hacıyeva, 16. Nəzrin Məmiyeva, 17. Vüsalə Hacıyeva, 19. Sona Rəhimova, 23. Alina Nahmadova.
Baş məşqçi: Siyasət Əsgərov.

Digər Xəbərlər
Xəbər Lenti