“Barselona” Könülün gözü qarşısında…Qadınları da kişiləri kimidir : FOTOLAR

17 May 2021 16:20 Qadın futbolu 1 016
“Barselona” Könülün gözü qarşısında…Qadınları da kişiləri kimidir
: FOTOLAR

Qadınlar arasında Çempionlar Liqasının qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, “Barselona” tarixində ilk dəfə ÇL-in qalibi olub.

Kataloniya klubu İsveçin Göteborq şəhərindəki “Qamla Ullevi” stadionunda keçirilən finalda “Çelsi”ni darmadağın edib - 4:0.

Qadın komandasının qələbəsindən sonra “Barselona” tarixə düşüb. Belə ki, İspaniya nəhəngi kişi və qadınlar arasında Çempionlar Liqasının qalibi olan yeganə komandadır.

Qadınların yarışında Çempionlar Liqası 2001-ci ildən keçirilir. Son beş ildə turnirin qalibi “Lion” olmuşdu/

Görüşün UEFA nümayəndəsi AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"