"Azərbaycanla bir qrupa düşməklə bəxtimiz gətirdi"

2 May 2021 23:20 Qadın futbolu 2 243
"Azərbaycanla bir qrupa düşməklə bəxtimiz gətirdi"

"Digərlərindən fərqli, biz daha münasib qrupa düşmüşük".

Sportinfo.az xəbər verir ki, bu fikirləri qadınlardan ibarət Azərbaycan millisinin DÇ-2023-ün seçmə mərhələsindəki rəqiblərindən olan Monteneqronun baş məşqçisi mirko Mariç deyib.

E qrupunda yer alan komandanın çalışdırıcısı bəxtlərinin gətirdiyini söyləyib: "Amma asan oyun yoxdur. Bütün rəqiblərə qarşı var gücümüzlə mübarizə aparmalıyıq.

Azərbaycan və Malta kimi kollektivlərə qarşı oynaya bilərik. İstənilən halda xal və ya xallar qazanacağımızı arzu edirik.

Heç kim bu ümidi bizdən ala bilməz. Bu qrupa düşməklə bəxtimiz gətirdi".

Azərbaycan Danimarka, Rusiya, Bosniya və Herseqovina, Malta, Monteneqro ilə E qrupuna düşüb.

Seçmə mərhələnin oyunları bu ilin sentyabrında start götürəcək və 2022-ci ilin avqustunadək davam edəcək. Dünya çempionatı 2023-cü il 10 iyul - 20 avqustda təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!