"Azərbaycanla heç-heçə oynamağı arzulamıram"

1 May 2021 14:00 Qadın futbolu 1 311
"Azərbaycanla heç-heçə oynamağı arzulamıram"

"Püşkatmanın nəticəsindən çox da razı qaldığımızı demək olmaz. Çünki qrupda Danimarka, Rusiya və Malta kimi rəqiblər var".

Sportinfo.az xəbər verir ki, bu fikiləri Azərbaycan millisinin DÇ-2023-ün seçmə mərhələsindəki rəqiblərindən olan Bosniya və Herseqovina yığmasının baş məşqçisi Samira Hurem "Sport1" nəşrinə açıqlamasında püşkü dəyərləndirərkən deyib.

49 yaşlı mütəxəssis Siyasət Əsgərovun baş məşqçi olduğu komandanı yaxşı tanımadıqlarını bildirib: "Azərbaycan bizə tanış rəqib deyil. Bu komanda ilə heç-heçə etməməyi arzulayıram.

5 və 6-cı səbətdən gələn komandalara qarşı daha yaxşı mübarizə aparacağımıza əminəm. Danimarka və Rusiya kimi yığmaları isə təəccübləndirmək üçün əlimizdən gələni edəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti