Yığmamız Monteneqro və Albaniya ilə qarşılaşacaq

28 Mart 2021 10:40 Qadın futbolu 927
Yığmamız Monteneqro və Albaniya ilə qarşılaşacaq

17 yaşadək qadınlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B liqasında 3 komandalı qrupda yer alan yığma sentyabrın 27-də Monteneqro, 30-da isə Albaniya ilə qarşılaşacaq.

Bu qrupun görüşləri Albaniyada olacaq.

17 yaşadək qadınlardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi 2022-ci ildə Bosniya və Herseqovinada gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu