Azərbaycan millisinin yeni rəqibləri bəlli oldu

13 Mart 2021 10:40 Qadın futbolu 1 545
Azərbaycan millisinin yeni rəqibləri bəlli oldu

İsveçrənin Nyon şəhərində final mərhələsi 2022-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq 17 yaşadək qadınlardan ibarət komandaların Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, millimiz B liqasında Albaniya və Monteneqro yığmaları ilə birlikdə 3 komandalı qrupda yer alıb. Bu qrupun oyunları Albaniyada keçiriləcək.

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, ilkin mərhələ oyunları Millətlər Liqası formatında təşkil olunacaq. B liqasında 6 qrup qalibi və ən yaxşı nəticəyə malik qrup ikincisi A liqasına vəsiqə qazanacaq.

İkinci mərhələnin püşkatması 2021-ci ilin sonlarında təşkil olunacaq. İkinci mərhələdə A liqasının 7 qrup qalibi final mərhələsinə vəsiqə qazanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!