İtaliya, Polşa və Norveç millimizə rəqib oldu - PÜŞKATMA

11 Mart 2021 22:40 Qadın futbolu 1 197
İtaliya, Polşa və Norveç millimizə rəqib oldu - PÜŞKATMA

19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri məlum olub.

Sportinfo.az xəbər verir ki, A Liqasında mübarizə aparacaq yığma İtaliya, Polşa və Norveçlə birlikdə 7-ci qrupa düşüb.

Bu mərhələnin oyunları 14 - 21 sentyabrda və ya 19 - 26 oktyabrda təşkil olunacaq.

Bu gün həmçinin 2022-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq 17 yaşadək qızlardan ibarət milli komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin də püşkü atılıb.

Azərbaycan yığması B liqasında Albaniya və Monteneqro ilə birlikdə 3 komandalı qrupda yer alıb. Bu qrupun oyunları Albaniyada keçiriləcək.

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, ilkin mərhələ oyunları Millətlər Liqası formatında təşkil olunacaq. B liqasında 6 qrup qalibi və ən yaxşı nəticəyə malik qrup ikincisi A liqasına vəsiqə qazanacaq.

İkinci mərhələnin püşkatması 2021-ci ilin sonlarında təşkil olunacaq. Bu mərhələdə A liqasının 7 qrup qalibi final mərhələsinə vəsiqə qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti