"Kim istədisə, o da qazandı“ – Bakdan kor-peşman qayıtdı

1 Mart 2021 11:20 Qadın futbolu 769
"Kim istədisə, o da qazandı“ – Bakdan kor-peşman qayıtdı

“Qələbəni hansı komanda daha çox istədisə, o da qazandı“.

Sportinfo.az xəbər verir ki, bu fikirlər qadınlardan ibarət Moldova millisinin baş məşqçisi Eduard Blanutaya məxsusdur.

O, AVRO-2022-nin seçmə mərhələsi çərçivəsində yığmamızla Bakıda keçirilən qarşılaşma (1:0) barədə fikirlərini açıqlayıb.

“Müsbət məqam ondan ibarətdir ki, komandam istədiyimiz oyunu nümayiş etdirdi. Oyunumuzda çatışmayan yeganə cəhət hesabı bərabərləşdirə bilməməyimizdir.

Bu da oyunun gedişində müəyyən mənada oyun üslubumuzu dəyişməyimizə səbəb oldu”.

3 xal toplayan komandamız tsikli sonuncu – 5-ci pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti