Millimizin baş məşqçisi biabırçılığı 1:0-la unutduqlarını deyir

24 Fevral 2021 13:20 Qadın futbolu 891
Millimizin baş məşqçisi biabırçılığı 1:0-la unutduqlarını deyir

“İspaniya ilə oyundan sonra bu qarşılaşmaya köklənmək bir qədər çətin oldu”.

Sportinfo.az xəbər verir ki, bunu qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.

O, AVRO-2022-nin seçmə mərhələsinin Moldova ilə Bakıdakı qarşılaşması barədə fikirlərini açıqlayıb. Əsgərov ardıcıl 7 məğlubiyyətdən sonra alınan 1:0 hesablı qələbəyə şərh verib:

“Komandam 90 dəqiqə xarakter, mübarizə, istək nümayiş etdirdi. Düzdür, oyun ərzində bəzi tapşırıqları daha dəqiq yerinə yetirə bilərdik. Misal üçün, əlavə qollar vura bilərdik.

Bu çatışmazlıq oyun təcrübəmizin az olması ilə əlaqədardır. Əsas o idi ki, oyundan əvvəl verdiyimiz sözümüzü tutduq və qələbə qazandıq.

Qələbə münasibətilə komandamı təbrik və təşəkkür edirəm. Ümid edirəm, əldə etdiyimiz qələbə ilə əvvəlki məğlubiyyəti unutdura bildik”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu