Sonuncu yer bizimdir!

23 Fevral 2021 19:53 Qadın futbolu 1 116
Sonuncu yer bizimdir!

Qadınlardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki,, yığmamız AVRO-2022-nin seçmə mərhələsində son matçına çıxıb.

Bunadək keçirdiyi 7 oyunun hamısında uduzan Siyasət Əsgərovun yetirmələri autsayderlərin duelində Moldova ilə görüşüb. “ASK Arena”dakı matç heç bir əhəmiyyət kəsb etməyən 4-cü yer uğrunda mübarizə ilə əlamətdar olub.

Yeganə qələbəsini millimiz üzərində qazanan qonaqlar sonuncu olmamaq üçün Bakıya gəlib. Komandamız isə səfərdəki 1:3 hesablı məğlubiyyətin əvəzini çıxmaqla son sıradan qurtulmaq üçün çalışıb.

Görüşün taleyini bir qol həll edib. Müxtəlif ölkələrdən cəlb olunan milliləşən legionerlər hesabına heyəti gücləndirən Azərbaycan yığması yalnız qarşılaşmanın ikinci hissəsində qələbə qoluna imza atıb.

Aysun Əliyeva fərqlənib. Lakin bu top sonuncu pillədən qurtulmaq üçün yetərli olmayıb və yığmamız tsikli 5-ci yerdə bitirib.

D qrupu
23 fevral
Azərbaycan – Moldova – 1:0

Aysun Əliyeva, 46

1

İspaniya

7

6

1

0

45-1

19

2

Çexiya

8

5

1

2

24-9

16

3

Polşa

7

4

2

1

16-2

14

4

Moldova

8

1

0

7

3-43

3

5

Azərbaycan

8

1

0

7

2-35

3

Digər Xəbərlər
Xəbər Lenti