Yığmamızın baş məşqçisi *pal-paltar işi*nə baxırmış… İFŞAEDİCİ STATUS

21 Fevral 2021 21:00 Qadın futbolu 1 203
Yığmamızın baş məşqçisi *pal-paltar işi*nə baxırmış… İFŞAEDİCİ STATUS

"Xəzər Lənkəran"ın mətbuat xidmətinin sabiq rəhbəri Hüseyn Cəbrayıloğlu qadınlardan ibarət yığmanın baş məşqçisi Siyasət Əsgərovla bağlı şokedici status paylaşıb.

Sportinfo.az xəbər verir ki, o, adıçəkilən "mütəxəssis"in vaxtilə yığmada inzibatçılıq etdiyini bildirib:

"2013 cü ildə " Xəzər Lənkəran" Bakıda "Modern" oteldə məskunlaşırdı. Həmin dönəmdə və yəqin elə indi də aşağı yaş qrupları toplanışlarda adıçəkilən otelin xidmətindən yararlanır.

Bir dəfə toplanışımız qadınlardan ibarət aşağı yaş millisi ilə eyni vaxta təsadüf etdi. Təsadüfən qızların bir bəyin başına toplaşdığını gördüm. Maraqlandım ki, bəyimiz qızlar millisində nə işə baxır?*.

Aldığım cavab *qızlar millisində pal-paltar işinə baxır " oldu. İndi İspaniya millisinə 0:13 hesabıyla məğlub olan əsas komandanın baş məşqçisi həmin bəy - vaxtilə "pal-paltar" işinə baxan Siyasət imiş.

Elxan Məmmədovun bütün kadrları belədir. İllər əvvəl Lənkəranda qadınlar üzrə dünya çempionatının qrup oyunu keçiriləndə kimləri görmüşəmsə indi hamı futbol təsərrüfatında yüksək vəzifə tutur.

Gördüklərim kabel çəkən, mıx vuran, boya işinə baxanlar idi. İndi klub prezidenti olan da var, federasiyada şöbə müdiri olan da".

Digər Xəbərlər
Xəbər Lenti