"Azərbaycan yığmasına 13 qol vurmağımıza qar və külək də mane ola bilmədi"

19 Fevral 2021 11:00 Qadın futbolu 1 724
"Azərbaycan yığmasına 13 qol vurmağımıza qar və külək də mane ola bilmədi"

"Çox xoşbəxtəm, futbolçularımla fəxr edirəm.

Avropa çempionatının final mərhələsinə adladıq. Bu, böyük uğurdur".

Sportinfo.az xəbər verir ki, bu fikirləri qadınlardan ibarət İspaniya millisinin baş məşqçisi Xorxe Vilda Azərbaycana 13:0 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə mərhələsinin oyunundan sonra yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib.

40 yaşlı mütəxəssis matç ərzində hər şeyin yaxşı keçdiyini bildirib: "Çoxlu qol vurub, qələbə qazandıq. Zədə olmadı. Soyuq havaya baxmayaraq, əla oynadıq. Qar, külək də bizə mane ola bilmədi".

Bu qələbədən sonra xallarını 19-a çatdıran İspaniya yığması Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"