İspaniyadan millimizə 13 cavabsız qol – GECƏNİN ŞOKU!

18 Fevral 2021 21:54 Qadın futbolu 1 220
İspaniyadan millimizə 13 cavabsız qol – GECƏNİN ŞOKU!

Qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığmamız D qrupundakı 7-ci matçında Bakıda İspaniya ilə üz-üzə gəlib. “ASK Arena”da baş tutan qarşılaşmaya saat 20:00-da start verilib.

Siyasət Əsgərovun çalışdırdığı komandamızın heyətində yeganə itki Jalə Məhsimova idi. Rusiya “Zenit”ində çıxış edən futbolçu mövcud vəziyyətlə əlaqədar sənədləşmə işlərində müəyyən çətinliklər səbəbindən Bakıya gəlməmişdi.

Bunadək keçirdiyi 6 oyunda xal qazana bilməyən Azərbaycan millisi sonuncu pillədə qərarlaşmışdı. İspaniya yığması isə 6 görüşdən 16 xalla qrup lideri idi.

Bu komandalar arasında ilk matç ispanların 4:0 hesablı qələbəsi ilə başa çatmışdı. Bu oyunda isə yığmamız daha böyük hesabla uduzub.

18 fevral

Azərbaycan – İspaniya 0:13

Qol: E.Qonsales, 21; 24; 30; 31; 87. C.Hermoso, 33; 43; 67; 82; 90+3. M.Kaldentey, 57. E.Navarro, 75. N.Eysaquirre, 84.

Hakimlər: Maria Marotta, Françeska Di Monte, Veronika Vettorel, Valentina Fintsi (İtaliya).

Bakı, “ASK Arena” stadionu.

Azərbaycan: 1. Aytac Şərifova, 2. Diana Məmmədova, 4. Nigar Mirzəliyeva 7. Vüsalə Hacıyeva (9. Coşqunə Əliyeva, 58), 8. Firəngiz Teymurova, 13. Nərgiz Hacıyeva, 14. Nazlıcan Parlak, 17. Vüsalə Seyfəddinova, 18. Alina Dorofeyeva, 21. Aysun Əliyeva (k), 23. Yeliz Acar (5. Ayşən Əhmədova, 77)

Ehtiyat oyunçular: 12. Nərgiz Əliyeva, 22. Aytac Feyzullayeva, 3. Lamiyə Əlizadə, 6. Rövşanə Sərdarlı, 9. Coşqunə Əliyeva, 10. Kristina Bakarandze, 11. Mislina Gözukara, 15. Kamilla Məmmədova, 16. Alina Nəhmədova, 19. Sona Rəhimova, 20. Roza Quliyeva.

Baş məşqçi: Siyasət Əsgərov.

İspaniya: 1. Mariya Rodriqes, 5. İvana Andres, 6. Aytana Bonmati, 8. Mariona Kaldentey (18. Eva Navarro, 68), 9. Ester Gonsales, 10. Cennifer Hermoso (k), 12. Patrisia Quyjarro (22. Mayte Oroz, 58), 14. Aleksiya Putellas (21. Nera Eysaquirre, 68), 16. Maria Leon (2. Ona Batlle, 58), 19. Marta Kardona, 20. Andrea Pereyra (3. Laya Aleksandri, 77).

Ehtiyat oyunçular: 13. Sandra Panos, 23. Mariya Lopes, 7. Marta Korredera, 11. Alba Redondo, 15. Leyla Uahabi, 17. Lusiya Qarsiya.

Baş məşqçi: Xorxe Vilda.

Digər Xəbərlər
Xəbər Lenti