Millimiz bu gün İspaniya ilə qarşılaşır

18 Fevral 2021 20:00 Qadın futbolu 712
Millimiz bu gün İspaniya ilə qarşılaşır

Qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, yığma D qrupundakı 7-ci matçında Bakıda İspaniya ilə üz-üzə gələcək.

"ASK Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq.

Siyasət Əsgərovun başçılıq etdiyi komandanın heyətində yeganə itki Jalə Məhsimovadır. Rusiya "Zenit"ində çıxış edən futbolçu mövcud vəziyyətlə əlaqədar sənədləşmə işlərində müəyyən çətinliklər səbəbindən Bakıya gəlməyib.

Bunadək keçirdiyi 6 oyunda xal qazana bilməyən Azərbaycan millisi sonuncu pillədə qərarlaşıb.

İspaniya yığması isə 6 görüşdən 16 xalla zirvədədir. Bu komandalar arasında ilk matç ispaniyalıların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

20:00. Azərbaycan - İspaniya

Hakimlər: Maria Marotta, Françeska Di Monte, Veronika Vettorel, Valentina Fintsi (İtaliya)

Bakı, "ASK Arena" stadionu

Digər Xəbərlər
Xəbər Lenti