"Azərbaycanı udmaq yolunda bizə heç nə mane olmamalıdır”

18 Fevral 2021 18:00 Qadın futbolu 926
"Azərbaycanı udmaq yolunda bizə heç nə mane olmamalıdır”

"Bu yolda bizə heç nə mane olmamalıdır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri İspaniya yığmasının yarımmüdafiəçisi Aleksiya Putelyas söyləyib.

Qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Komandamız D qrupundakı 7-ci matçında Bakıda İspaniya ilə üz-üzə gələcək. "ASK Arena"da keçiiləcək görüş saat 20:00-da başlayacaq.

Qonaqların aparıcı siması bildirib ki, Bakıdakı hazırkı hava şəraiti futbol oynamaq üçün elə də əlverişli deyil. Lakin o, çətinlikləri dəf etmək və həlledici mərhələyə çıxmaq istədiklərini vurğulayıb:

“Bilirik ki, rəqib meydana güclü müdafiə xətti ilə çıxacaq. Ot örtüyü isə sünidir. Çətin olacaq, amma qalib gəlməliyik. Final mərhələsinə vəsiqə üçün yaxşı imkanımız var".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!