İspaniyanın baş məşqçisi Azərbaycanla oyunu "finala bərabər" adlandırdı

18 Fevral 2021 14:40 Qadın futbolu 793
İspaniyanın baş məşqçisi Azərbaycanla oyunu "finala bərabər" adlandırdı

"Rəqibimiz müdafiə olunmağa öyrəşmiş komandadır və hər oyunda bunu daha çox etməyə çalışır.

Əla qapıçıya malik komandadır. Aytac Şərifova artıq ilk oyunda öz bacarığını nümyiş etdirib".

Sportinfo.az xəbər verir ki, bu fikirləri qadınlardan ibarət İspaniya millisinin baş məşqçisi Xorxe Vilda bu gün Azərbaycan yığması ilə keçirəcəkləri Avropa çempionatının seçmə oyunu barədə danışarkən deyib.

40 yaşlı mütəxəssis bildirib ki, Siyasət Əsgərovun başçılıq etdiyi kollektiv müdafiədə inamlı təsir bağışlayır: "Onlar ultramüdafiə sistemi vasitəsilə qapanırlar.

Bizi gözləyən təhlükəni yaxşı bilirik. Ona görə də matça yaxşı başlamaq istəyirik. Elə oynamalıyıq ki, bütün İspaniya bizimlə fəxr etsin".

İspaniyalı baş məşqçi bugünkü görüşün final xarakteri daşıdığını vurğulayıb:

"Qrupda rəqabət böyükdür. Azərbaycanla matç bizim üçün finala bərabərdir. Qarşılaşmanın nəticəsi bizi birbaşa final mərhələsinə yüksəldə bilər. Bu, bizim arzumuzdur".

Vildanın fikrincə, hava şəraiti komandasının oyununa heç bir təsir göstərməyəcək: "Təcrübə də göstərir ki, futbolçularım bunun öhdəsindən gələcək və qələbə üçün meydandə ən yaxşısını edəcəklər".

"ASK Arena"da keçiiləcək Azərbaycan - İspaniya matçı saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti