UEFA-dan Azərbaycan millisinin futbolçusuna iki oyunluq cəza

4 Dekabr 2024 17:20 Qadın futbolu 1 202
UEFA-dan Azərbaycan millisinin futbolçusuna iki oyunluq cəza

UEFA Azərbaycan millisinin futbolçusu Peritan Bozdağı iki oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna 25 yaşlı hücumçunun Portuqaliyaya səfərdə uduzduqları (0:4) Avropa çempionatının pley-off mərhələsinin cavab matçında birbaşa qırmızı vərəqə alması səbəb olub.

Avropa futbol qurumu forvardın hərəkətini "ciddi kobud oyun" kimi qiymətləndirib.

P. Bozdağ UEFA bayrağı altında keçirilən növbəti iki matçda yığmaya kömək edə bilməyəcək.

Azərbaycan millisi Bakıda keçirilən ilk oyunda Portuqaliyaya 1:4 hesabı ilə məğlub olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu