Azərbaycan yığmasına Türkiyədən 7 legioner cəlb olundu

14 Yanvar 2021 21:20 Qadın futbolu 836
Azərbaycan yığmasına Türkiyədən 7 legioner cəlb olundu

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan yığmasının hazırlıq planı bəlli olub.

Sportinfo.az xəbər verir ki, millimiz yanvarın 14-dən 22-dək təlim-məşq toplanışı keçəcək.

Hazırlıq prosesi Bakıda təşkil olunacaq. Toplanışa 24 futbolçu çağırılıb. Onlardan yeddisi Türkiyə klublarının üzvləridir:

Lamiyə Əlizadə, Nigar Əhmədova, Pərvin Səfəraliyeva, Leyla Ağayeva, Nazrin Mamiyeva, Milana Rəhimova, Fatimə Əhmədli (hamısı 8-İOEUGİM), Samirə Aşırova, Nigar Mirzəliyeva, Aysun Muradova, Alina Nəhmədova (hamısı “Balxurma”), Ləmən Niftəliyeva (“Fidan”), Semanur Arzik, Irem Bir (hər ikisi “Qazientep Karataş”, Türkiyə), Nazar Tanrisever, Gizem Çetinkaya, Fatma Nur Şenses, Melike Çalışkan (hamısı “Kayseri Gencler Birligi”, Türkiyə), Neslihan Bozkaya (“Kemer”, Türkiyə), Nərgiz Əliyeva, Coşqunə Əliyeva, Aytac Feyzullayeva, Fidan Cəfərova , Nahidə Məmmədova (hamısı “Marxal”).

Digər Xəbərlər
Xəbər Lenti