Azərbaycanlı qadın futbolçuların bəxti gətirir - Uduza-uduza

18 Dekabr 2020 14:40 Qadın futbolu 1 059
Azərbaycanlı qadın futbolçuların bəxti gətirir - Uduza-uduza

Qadınlardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, sonuncu dəfə 4 ay öncə açıqlanan siyahıda bir sıra dəyişikliklər baş verib.

Azərbaycan millisi 1319 xalla 72-ci yerdə qərarlaşıb. Hesabat dövründə Avropa çempionatının Polşa və Çexiya ilə seçmə oyunlarında eyni – 0:3 hesabı ilə uduzan yığmamız ötən cədvəllə müqayisədə 4 pillə irəliləyib.

Komandamız avqustda 1326 xalla dünyanın 76-cısı idi.

Siyahıya ABŞ (2192), Almaniya (2091), Fransa (2032) yığmaları başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti