"Bu, tamamilə yalandır, mən Azərbaycan klubuna qayıdacam"

17 Dekabr 2020 17:40 Qadın futbolu 994
"Bu, tamamilə yalandır, mən Azərbaycan klubuna qayıdacam"

“Azərbaycanda koronavirus pandemiyasının yayılması səbəbindən futbol oyunları dayandırılıb, komandalar hazırda məşq etmirlər.

Ölkədə virusun yayılmasına mane olmaq üçün karantin rejimi sərtləşdirildi”.

Sportinfo.az xəbər verir ki, bunu Şəkinin qadınlardan ibarət “Marxal” klubunun iranlı futbolçusu Saba Salimi ölkəsinin mətbuatına açıqlamasında deyib.

Karyerasına futzalçı kimi başlayan, hazırda isə ölkəsinin ən yaxşı qadın futbolçularından biri hesab edilən Salimi Azərbaycan çempionatında fasilə yarandığı üçün İrana qayıtdığını deyib:

“Marxal” rəsmilərinin icazəsi ilə İrana qayıtdım. Bu günlərdə özümü Azərbaycan qadınlar liqasının startına hazır saxlamaq üçün fərdi məşqlər edirəm”.

Saba Salimi İran millisinin aparıcı oyunçularından sayılır. Azərbaycana yollanmaqla legioner həyatı yaşayan ilk qadın futbolçu kimi İran tarixinə düşən 23 yaşlı texnikalı oyunçu “Marxal”a dönməyəcəyi ilə bağlı yayılan söz-söhbətə də aydınlıq gətirib:

“Bu şayiələr tamamilə yalan və saxtadır. Klubumla müqaviləm var, “Marxal” rəhbərliyi məni kollektivə qoşulmağa və məşqlərə başlamağa çağırdıqda mütləq Azərbaycana qayıdacam.

Oradakı vəziyyətimdən məmnunam. Futbola qayıtmaq üçün koronavirus məhdudiyyətlərinin bitməsini gözləyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti