Belə yerdə Avro-2028-in oyununu keçirmək olar? - FOTOLAR

13 Sentyabr 2024 04:00 Problem 1 785
Belə yerdə Avro-2028-in oyununu keçirmək olar? - FOTOLAR

Avro-2028-in ev sahiblərindən olan Şimali İrlandiyadakı "Keysment Park" stadionunda yenidənqurma işlərinə hələ də başlanılmayıb.

Sportinfo.az xəbər verir ki, İngiltərə, Şimali İrlandiya, Şotlandiya, Uels və İrlandiya Respublikasının birgə ev sahibliyi üçün namizədlik irəli sürdüyü vaxt siyahıda "Keysment Park" stadionu da yer alıb.

Buna baxmayaraq, arenada yenidənqurma işlərinə start verilməyib.

1953-cü ildə inşa edilən arena 2013-cü ildən bəri istifadə edilmir. BBC-nin yaydığı məlumata görə, stadionun yenilənməyinə hüququ və maddi problemlər mane olub. Arenanın yenidənqurma işlərinə görə təkliflərin bir neçə dəfə rədd edildiyi qeyd olunub.

Bildirilir ki, turnirin başlamasına 4 ildən də az müddət qalmış "Keysment Park"da matçların keçirilməsi ehtimalı get-gedə daha da azalır.

"Keysment Park"ın yenilənməsi layihəsinin ümumi dəyəri 77,5 sterlinq olsa da, bu ilin mart ayında məbləğ artaraq 300 milyon sterlinq təşkil edib.

"Keysment Park" Avro-2028 üçün Şimali İrlandiyada namizəd göstərilən yeganə stadiondur.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var