Qeyri-adı addım atdı - Futbolçularını ad gününə dəvət etdi, özü getmədi

8 May 21:40 Fransa 540
Qeyri-adı addım atdı - Futbolçularını ad gününə dəvət etdi, özü getmədi

PSJ-nin baş məşqçisi Luis Enrike ad günü ilə bağlı qeyri-adi addım atıb.

Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis komandanı Parisdə yerləşən məşhur “Prunier” restoranına dəvət edib.

Bu gün 56 yaşı tamam olan baş məşqçi, futbolçuların birlikdə əylənməsini istəyib. Ancaq maraqlısı odur ki, Enrike özü tədbirə qatılmayıb. Futbolçular baş məşqçinin ad gününü onsuz qeyd ediblər.

Bildirilir ki, təcrübəli çalışdırıcı bununla oyunçuların UEFA Çempionlar Liqasının finalına yüksəlməsini rahat şəkildə qeyd etməsinə şərait yaratmaq istəyib.

Paris klubu yarımfinalda “Bayern”i iki oyunun nəticəsinə əsasən (6:5) mübarizədən kənarlaşdıraraq, finala yüksəlib.

Seçilən “Prunier” restoranı isə Parisdə “kürü sevənlərin əfsanəvi məkanı” kimi tanınır və 1924-cü ildən fəaliyyət göstərir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?