Torresin Bakıdakı döyüşünü izləmək istəyənlər üçün - Satışa çıxarılacaq

08:40 Digər növlər 74
Torresin Bakıdakı döyüşünü izləmək istəyənlər üçün - Satışa çıxarılacaq

Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev və meksiyalı Manuel Torresin görüşünə biletlər mayın 15-də, saat 10:00-dan etibarən satışa çıxarılacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Biletlər iTicket üzərindən satışa təqdim olunacaq. "UFC Fight Club" üzvləri biletlərini mayın 13-də, saat 10:00-da əldə edə biləcəklər.

Tədbirə maraq göstərərək öncədən qeydiyyatdan keçən şəxslərə isə biletlər bir gün sonra təqdim olunacaq.

Rafael Fiziyev (13-5, Bakı, Azərbaycan) hazırda yüngül çəki divizionunda 11-ci pillədə qərarlaşıb və doğma arenada qələbə qazanaraq çempionluq mübarizəsinə dönməyi hədəfləyir.

Onun rəqibi isə Meksikanın Tijuana şəhərindən olan, UFC-dəki bütün qələbələrini nokautla qazanan və 100 faiz finiş göstəricisinə sahib Manuel "Loco" Torresdir (17-3).

"UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti