Aprelin ən yaxşı baş məşqçisi və futbolçusu məlum oldu - Premyer Liqada

22:00 İngiltərə 66
Aprelin ən yaxşı baş məşqçisi və futbolçusu məlum oldu - Premyer Liqada

“Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola İngiltərə Premyer Liqasında aprelin ən yaxşı baş məşqçisi adına layiq görülüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” ispaniyalı mütəxəssisin rəhbərliyi altında apreldə keçirdiyi hər üç oyunda qələbə qazanıb.

“Mançester Siti” “Çelsi”ni 3:0, “Arsenal”ı 2:1, “Bernli”ni isə 1:0 hesabı ilə məğlub edib.

Aprelin ən yaxşı futbolçusu mükafatını isə Morqan Gibbs-Uayt qazanıb.

“Nottingem Forest”in yarımmüdafiəçisi apreldə keçirdiyi üç oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə verib. O, xüsusilə, “Bernli” ilə matçda etdiyi het-triklə diqqət çəkib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti