Azərbaycan quru sərhədləri niyə açılmır? – İlk dəfə AÇIQLANDI: VİDEO

29 Noyabr 2024 08:30 Problem 1 108
Azərbaycan quru sərhədləri niyə açılmır? – İlk dəfə AÇIQLANDI: VİDEO

"Sərhədlərin açılması məsələsində əhalimizlə açıq danışmalıyıq".

Bu sözləri Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, quru sərhədlərin bağlı saxlanılmasının əsas səbəbi qaçqın dalğasıdır.

"Sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqınların ölkəmizə axını ilə nəticələnəcək.

O cümlədən, İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər", - deyə o qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”