“Biz avam xalqıq, real zəfərlərlə mənəvi qələbələrin fərqini anlamırıq”

3 Dekabr 2022 18:10 Problem 409
“Biz avam xalqıq, real zəfərlərlə mənəvi qələbələrin fərqini anlamırıq”

"Fransa parlamentinin bu yaxınlarda qəbul etdiyi qətnamə sadəcə gözəl bir jestdir.

Bunun kifayət qədər ciddi mənəvi-etik və bəlkə də siyasi əhəmiyyəti var, amma bundan başqa heç nə yoxdur".

Bu sözləri erməni politoloq Artur Xaçikyan yerli mətbuata müsahibəsində deyib.

Politoloq qətnamənin real dəyişikliyə səbəb olmayacağından əmin olduğunu ifadə edib, çünki Fransa Xarici İşlər Nazirliyi artıq bununla bağlı müvafiq bəyanat da yayıb.

Onun fikrincə, həmin bəyanat Fransa hökumətinin rəsmi mövqeyinin daha təmkinli və neytral olduğunu ifadə edir. Yəni Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə bu dövlətin real siyasətini əks etdirmir.

“Bir sözlə, bu qərarla və Fransa prezidenti Emmanuel Makronun çıxışı ilə bağlı Ermənistanda yaranan sadəlövh ab-hava yalnız təbəssüm və gülüş doğura bilər.

Odur ki, gəlin yenə özümüzə gülək. Yenə də sadəlövhlük nümayiş etdirdik. Ümumiyyətlə, biz çox avam xalqıq, çünki real əməllərlə addımların, mənəvi qələbələrin fərqini anlamaq istəmirik. Biz mənəvi qələbələri həddən artıq sevirik”, - deyə erməni mütəxəssis bildirib.

Ekspert Azərbaycanın Avropa Birliyinə sərmayə qoyması faktına da diqqət çəkib. Üstəlik, Fransa və digər Avropa ölkələri Azərbaycan qazından və neftindən asılıdır.

“Fransa hər şeyi qəbul edib bizim tərəfimizdən çıxsa belə, Avropa bunu dəstəkləməyəcək. Böyük Britaniya Azərbaycanı qələbə münasibətilə təbrik edib. Almaniyadan da ciddi dəstək gəlməyəcək.

Onlar Ukraynaya müəyyən silah növləri verməyə hazırdırlar, Ermənistana isə yox. Təəssüf ki, Fransa da bizi silahla təmin etməyə hazır deyil”, - Xaçikyan qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti