Kapitulyasiyanı araşdırma komissiyası – almanlar da bu qələti etməmişdi

21 Yanvar 2021 12:50 Problem 1 387
Kapitulyasiyanı araşdırma komissiyası – almanlar da bu qələti etməmişdi

Ermənilər 44 günlük Qarabağ savaşından sonra da dünyanı təəccübləndirməyə davam edirlər.

Baiskar olduqları müharibənin vurduğu ağır yaraları sağaltmaq, qonşularla münasibətləri nəhayət, düzəltmək haqda düşünmək əvəzinə, hələ də öz aralarında “günah keçisi” axtarırlar.

Halbuki əsas süçlü məlum: bu - iqtidarlı-müxalifətli illərdir faşist-daşnak ideologiyasının əsiri olan erməni xalqının özüdür.

Bunun kənarında aparılan hakimiyyət çəkişmələrinin, Türkə qarşı aşırı nifrətin yenidən körüklənməsinin qara qəpiklik də önəmi olmayacaq bu bədbəxt millət üçün. Hakimiyyətdə hansı -yan olur-olsun, ermənilərin iztirabları bitməyəcək. Bu da növbəti sübut.

Xəbər verildiyi kimi, müxalifətdə olan “İşıqlı Ermənistan” Partiyası 44 günlük döyüşü və hərbi əməliyyatlaradək olan dövr ərzindəki vəziyyəti araşdırmağı təklif edib. Bu təklifi “Çiçəklənən Ermənistan” Partiyası, “Daşnaksütyun” da dəstəkləyib. Baş naziri Nikol Paşinyanın “Mənim addımım” və keçmiş prezident Serj Sarkisyanın başçılıq etdiyi Ermənistan Respublikaçılar Partiyası isə təklifdən imtina edib.

Bir-birinə düşmən kəsilən Paşinyan və Sərkisyanın təklifi dəstəkləməməsini sizə qəribə gəlməsin. Məsələ ondadır ki, indiyədək parlamentdə 2016-cı ilin “4 günlük” aprel müharibəsini araşdıran komissiya fəaliyyət göstərir. Ekspertlərin ehtimalına görə, artıq bundan sonra həmin komissiya öz işini dayandıra bilər. Başqa sözlə, Paşinyanın aprel döyüşlərini araşdırmağı dayandırması qarşılığında Sərkisyan da 44 günlük müharibənin müzakirəyə çıxarılmamasını dəstəkləyəcəyinə boyun olduğu deyilir.

Amma komissiya yaransa da, yaranmasa da, bu nəyi dəyişəcək ki? Erməni xalqının aldığı ağır yaralar bununla sağalacaqmı? Məgər bu millətə hər şey aydın deyil? Aprel müharibəsi ilə bağlı yaradılan komissiyanın ona xeyri dəydimi? Növbəti Qarabağ savaşını önləyə bildimi? Ümumiyyətlə, nəyi araşdıracaqsınız, cənab haylar?

Məsələ də ondadır ki, hər iki məğlubiyyətin tək səbəbi çoxdan bəlli: özgə torpaqlar hesabına cırtdan Ermənistanı böyütmək yanğısı, heç vaxt reallaşmayacaq “dənizdən-dənizə Ermənistan” xülyası. Nə qədər ki, bu sadə gerçək erməni xalqına, onun önündə gedən siyasilərə çatmayıb, qonşu xalqın bəlaları davam edəcək. Buna da zərrəcə şəkk etməyin: növbəti belə bir komissiya da ermənilərə əsla müharibədəki məğlubiyyətdən dərs götürmək üçün yox, yeni müharibəyə hazırlaşmaq üçün lazımdır...

Qonşu xalqın ən böyük faciəsi isə odur ki, o, özünü həmişə digər xalqlardan üstün tutub, maniakal şəkildə unikal və ali irq hesab edib və edir, bu üzdən, az qala, bütün bəşəriyyəti, illah da qonşuları özünə borclu sayır, düşünür ki, məhz deyilən səbəbə onun istənilən kaprizini, o sırada qonşu torpaqlarını qamarlamaq xislətini dünya ona qüsur saya bilməz, əksinə, bunu, erməni xalqının “təbii haqqı” kimi qəbul etməlidir, çünki bəşəriyyət ona borcludur.

Əlbəttə, ağır mərəzdir. Bu xəstəliyin yaşı, residivləri az olmadığı üçün onun sağalması da uzun zaman alacaq. Odur ki, belə bir faşist düşüncəli, özündən razı, XXI əsrdə də “göylərdə süzən” təhlükəli və harın qonşunun xəta-balalarından uzaq olmaq üçün ilk növbədə Azərbaycan və Türkiyə daim ayıq-sayıq olmalı, Ermənistanı, onun rəhbərliyini, dövlət ideologiyasını, silahlanmasını ciddi nəzarətdə saxlamalıdır. İki qardaş ölkə həmçinin hərbi müttəfiqliyin möhkəmlənməsinə, ordu quruculuğuna, iqtisadi gücün artırılmasına məxsusi diqqət yetirməlidir.

Ermənin şirin dilinə aldanıb, “çomağı” yerə qoymaq, erməni xəstəliyinin artıq sağaldığını xəyal etmək qətiyyən olmaz!! Bu xəstəlik yalnız ilk baxışda sağala bilər. Yəni bizə elə gələcək, əslində isə o, xroniki hala keçə bilər ki, bir müddət sonra yenidən baş qaldırar. Buna həmişə hazır olmalıyıq. Ən əvvəl də gələcək nəsillərin bizim çəkdiyimizi çəkməməsi üçün...

Hər halda, ermənilər normal, anlaqlı xalq olsaydılar, 44 günlük müharibədəki kapitulyasiyanı araşdırmaq üçün komissiya yaratmaq haqda deyil, ölkəni təcili iqtisadi fəlakətdən qurtarmaq barədə düşündərdilər. Məgər alman xalqı 2-ci Dünya müharibəsindəki məğlubiyyətə görə komissiya-zad yaratmışdılar? Yoxsa ermənilər özlərini almanlardan da ağıllı sayırlar?

Müdrik millətlərin başına belə müsibətlər gəlməz. Yaxşı bir aforizm var: “Ağıllı adamla müdrik insanın əsas fərqi ondadır ki, ağıllı istənilən çətin vəziyyətdən məharətlə çıxır, müdrik isə elə vəziyyətlərə ümumiyyətlə düşmür”.

Ermənilər ağıllı olacaqmı?..

Zahid SƏFƏROĞLU

Digər Xəbərlər
Xəbər Lenti