Premyer Liqa bu pulu AFFA-dan almağın YOLUNU TAPDI

22 May 2023 19:00 Premyerliqa 682
Premyer Liqa bu pulu AFFA-dan almağın YOLUNU TAPDI

AFFA Premyer Liqada çıxış edən klubların fəaliyyətini bundan sonra yeni konsepsiya ilə qiymətləndirəcək.

İki tərəfin nümayəndələri arasında gedən danışıqlarda belə bir razılıq əldə olunub.

Anlaşmaya əsasən, elita təmsilçiləri əsas və aşağı yaş qrupları üzrə milli komandalara dəvət alan futbolçuların sayına görə federasiyadan pul alacaq.

Bunun üçün ayrıca büdcənin formalaşdırılması nəzərdə tutulmayıb. Sadəcə, AFFA dövlət tərəfindən klublara ayrılmış 3 milyon manatlıq mövsümü yardım paketinin istiqamətlərindən birini dəyişmək təklifinə müsbət yanaşıb.

Söhbət hansı tələbdən gedir? Cari sezon qüvvədə olan şərtə görə, xaricə futbolçu göndərən Premyer Liqa iştirakçılarının hər biri 150 min manat ala bilər.

Klublar belə bir imkan əldə etmədiklərindən, AFFA həmin məbləği ödəməyib. Başqa sözlə, yüksək liqanın mənsubları yardım paketini tam şəkildə almaqdan məhrum olublar.

Odur ki, mövcud şərtin yuxarıda göstərilən yeni təkliflə əvəzlənməsi zərurəti yaranıb.

Elita təmsilçiləri yığmalara yollanacaq futbolçulara görə nə qədər vəsait əldə edəcək? Bu, yaş qrupuna və oyunçuların sayına görə müəyyənləşəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!