
Bu qış Antalyada təlim-məşq toplanışı keçən Azərbaycan klublarındapn bir neçəsi yerli otellərə borclu qalıb.
Yəni. Türkiyəyə «nisyə» səfər edən yeganə komanda «Qəbələ» deyil.
«Qırmızı-qaralar»la bərabər, AFFA-nın maliyyələşdirdiyi elita təmsilçiləri də Antalyada fəaliyyət göstərən otellərə tam ödəmə etməyib. Onlarla borcun növbəti günlərdə ödəniləcəyi ilə bağlı müqavilə bağlanıb.
Problem federasiyanın özündən qaynaqlanır. Belə ki, qurum dövlət tərəfindən ayrılan yardım paketinin dekabr ayına aid hissəsini klubların hesabına kifayət qədər gec «ötürüb».
Dotasiya yalnız 2 gün öncə Premyer Liqa mənsublarının bank hesabına yatırılıb.
SPORTİNFO.AZ