"Şamaxı" məğlub oldu, yeni rəhbərlik bu addımı atdı

18 Avqust 2022 14:40 Premyerliqa 1 070
"Şamaxı" məğlub oldu, yeni rəhbərlik bu addımı atdı

Bir neçə təcrübəli oyunçunu çıxsaq, demək olar ki, ancaq gənclərlə oynamağa qərar verən "Şamaxı" ardıcıl ikinci turda da məğlubiyyət yaşadı.

Ötən tur evdə "Neftçi"yə uduzan komanda bu dəfə səfərdə "Qəbələ"yə təslim oldu - 1:3.

Oyundan sonra paltardəyişmə otağında böyük üzüntü yaşayan futbolçulara ilk dəstək klubun Müşahidə Şurasının rəhbəri Elçin Usubdan gəlib.

Belə ki, matçı izləmək üçün Qəbələyə gedən rəhbər şəxs 90 dəqiqə başa çatan kimi üz tutub futbolçuların yanına.

Oyunçularla bir-bir əl sıxan klub rəsmisi ikinci yarıdakı mübarizədən məmunluğunu dilə gətirib və məğlubiyyətə rəğmən növbəti matçlara daha inamla hazırlaşmağın vacibliyini futbolçuların diqqətinə çatdırıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!