"Sumqayıt"dan səfər qələbəsi - Yenilənib

22 Yanvar 2021 17:55 Premyerliqa 857
"Sumqayıt"dan səfər qələbəsi - Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında XIV turun son oyunu keçirilib.

"ASK Arena"da "Keşlə" və "Sumqayıt" komandaları üz-üzə gəlib. Bu oyuna kimi paytaxt klubu 13 xalla 7-ci, "gənclik şəhəri" təmsilçisi isə 16 xalla 4-cü pillədə qərarlaşıb.

Bu komandalar indiyədək 32 dəfə üz-üzə gəliblər. Oyunların yarısında "Keşlə" qalib gəlib. "Sumqayıt" 7 qələbə qazandığı halda, 9 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də paytaxt komandası öndədir - 49:31.

Digər tərəfdən, “Sumqayıt” bugünkü rəqibi üzərində 4 oyundur qələbə qazana bilmir. “Keşlə”nin son 5 ev qarşılaşmasında hər iki komanda qol vurub. Paytaxtdakı son 4 qarşılaşmada eyni hesab variantı qeydə alınsa da, hər komanda iki dəfə qalib gəlib.

22 yanvar (cümə)

16:00. "Keşlə" - "Sumqayıt" 0-1

Qol: Tellur Mütəllimov, 3
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
"ASK Arena"

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular