Azərbaycanın Paris-2024-dəki bayraqdarları bəlli olub.
Sportinfo.az xəbər verir ki, bunlar cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayevdir.
33-cü Yay Olimpiya Oyunlarında Azərbaycanı 48 idmançı təmsil edəcək. Turnir iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək

