
Dünya Güləş Birliyi (UWW) “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək ən gənc güləşçilərin adlarını açıqlayıb.
Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 15 idmançının yer aldığı siyahıda Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) da var. 21 yaşlı pəhləvan 13-cü pillədə qərarlaşıb.
Siyahıya Şimali Koreyadan olan qadın güləşçi Sol Qum Pak (18 yaş) başçılıq edir.
Azərbaycan güləşçiləri Paris Olimpiadasına ümumilikdə 12 lisenziya qazanıblar.