Dünya futbol tarixinin ən uzun qalmaqallı matçı - 4 saat davam etdi

26 İyul 2024 00:40 Paris-2024 1 140
Dünya futbol tarixinin ən uzun qalmaqallı matçı - 4 saat davam etdi

Parisdə təşkil edilən Yay Olimpiya Oyunlarının futbol turniri çərçivəsində qrup mərhələsinin 1-ci turunun Argentina - Mərakeş oyunu tarixə düşüb.

Sportinfo.az xəbər verir ki, bu, dünya futbol tarixinin ən uzun görüşü olub.

Bakı vaxtı ilə saat 17:00-da qarşılaşmanın start fiti səslənib. Dayandırılıb, ardından davam etdirilən oyun saat 21:07-də başa çatıb.

Beləliklə, yaranmış fasiləni nəzərə almasaq, görüş 4 saat 7 dəqiqə çəkib.

Argentina millisinin 90+16-cı dəqiqədə vurduğu qol sayəsində hesab bərabərləşib. Qolu qeyd edərkən Cənubi Amerika yığmasının futbolçularının üzərinə fişənglər atılıb.

Bundan əlavə, Mərakeş millisinin azarkeşləri meydana qaçıblar. İğtişaşlar səbəbindən oyun dayandırılıb və iki saat sonra yenidən bərpa olunub.

Görüş bərpa olunduqdan sonra qol VAR-a baxılaraq ləğv edilib. Mərakeş yığması 2:1 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA