“Neftçi”nin baş məşqçisindən qərar - Lazım deyil!

3 Sentyabr 2024 19:40 Neftçi 5 575
“Neftçi”nin baş məşqçisindən qərar - Lazım deyil!

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk futbolçularına istirahət imkanı yaradıb.

Şənbə günü “Şamaxı” ilə üz-üzə gələn “ağ-qaralar”ın üzvlərinə oyundan sonra 3 günlük dincəlmək üçün vaxt verilib.

Paytaxt təmsilçisi sentyabrın 4-də “Neftçi”nin təlim-məşq bazasında bir araya gəlib, hazırlığı bərpa edəcək.

Mövsümə istədiyi şəkildə başlamayan komanda bu müddətdə yoldaşlıq görüşü keçirməyəcək.

Buna səbəb bir çox futbolçuların milli komandalara qoşulması və Qriqorçukun vaxtını daha çox təhlillərə ayırmaq istəyidir. Odur ki, ukraynalı çalışdırıcı sınaq matçından imtina edib.

Bakılılar növbəti görüşünü sentyabrın 15-də “Zirə”yə qarşı keçirəcək.

Zirə İdman Kompleksinin meydanında baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu