"Neftçi" ilə "Qarabağ"ın gələcəyi onlardır? - VİDEO+FOTOLAR

14 Mart 2020 10:38 Neftçi 1 668
"Neftçi" ilə "Qarabağ"ın gələcəyi onlardır? - VİDEO+FOTOLAR

"Neftçi-2” I Divizionda növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Mahmud Qurbanovun çalışdırdığı komanda 18-ci turda "Qarabağ-2” ilə qarşılaşıb. "ASK Arena”da baş tutan görüşdə heç-heçə qeydə alınıb – 2:2.

Bakılı əvəzedicilər 7-ci dəqiqədə Elnur Süleymanovun penalti zərbəsi ilə hesabı açsa da, ağdamlılar 9-cu və 36-cı dəqiqələrdə vurulan qollarla önə keçib.

Musa Qurbanlı və Kamran Məmmədov fərqlənib. Bununla belə, Asim Əlizadə 50-ci dəqiqədə hesabı bərabərləşdirməyi bacarıb.

6-cı dəqiqədə rəqibi aşkar qol vurmaqdan məhrum etdiyi üçün "Qarabağ-2”nin üzvü İbrahim Hüseynov qırmızı vərəqə ilə cəzalandırılıb. "Neftçi-2” 18 oyundan 29 xalla 5-ci yeri tutur.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır