"Neftçi" azarkeşlərin istəmədiyi futbolçuya müqavilə təklif etdi

7 Mart 2020 16:56 Neftçi 1 324
"Neftçi" azarkeşlərin istəmədiyi futbolçuya müqavilə təklif etdi

«Neftçi» Emin Mahmudova yeni müqavilə təklif edib.

Bu barədə Sportinfo.az-a klubdan bildirilib. Redaksiyamıza məlumat verilib ki, rəhbərlik kapitanın daha 2 il burada qalmasını istəyir.

2017-ci ilin əvvəlindən ağ-qara formanı geyinən yarımmüdafiəçinin hazırkı kontraktı iyunun 1-də başa çatacaq. Emin təklifi müsbət cavablandlırarsa,ə vvəlki illərlə müqayisədə daha çox maaş alacaq.

Klub rəsmiləri onu düşərgədə saxlamaq üçün maliyyə şərtlərində artıma getməyə məcburdur. Millinin oyunçusunun başqa dəvətlər almasından xəbərdardırlar. Başda «Qarabağ» olmaqla, bir neçə yerli və xarici komanda Mahmudovun xidmətində maraqlıdır.

«Neftçi» azarkeşləri isə yarımmüdafiəçidən kəskin narazıdır. Bu, haqlı narazılıqdır. Çünki Emin onlara qarşı davamlı olaraq hörmətsiz hərəkətləri ilə yadda qalır.

Ümumiyyətlə, son oyunlarda tribunaya yaxınlaşaraq onlarla sağollaşmır. Tərəfdarların çağırına məhəl qoymayan kapitan ona yönələn tənqidləri də artıq vecinə almır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu