Məlum olduğu kimi, AFFA "Neftçi"nin legioneri Ervin Koffini cəzalandırıb.
Bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Premyer Liqanın 2-ci turunun “Səbail” – “Neftçi” matçı (1:1) bitəndən sonra müdafiəçi azarkeşlərə kənar əşya atdığına görə 2 oyunluq cəzalanıb.
“Neftçi” isə fransalının bu hərəkətinə görə 2000 manat cərimələnib.
Sözügedən matçdan sonra azarkeşlər etiraz ediblər. Ervin Koffi isə onların olduğu tribunaya tərəf butulka atıb.
Etdiyi yanlışın bədəlini də indi özü ödəyəcək. Paytaxt təmsilçisi AFFA-nın kəsdiyi cəriməni onun maaşından tutacaq.
SPORTİNFO.AZ

