Özü “Neftçi”yə can atdı, kompensasiya ödənildi

24 Avqust 2024 11:20 Neftçi 2 805
Özü “Neftçi”yə can atdı, kompensasiya ödənildi

Xəbər verdiyimiz kimi, “Neftçi” daha bir transferini hayata keçirib.

Bakı klubu Seneqal əsilli ispaniyalı müdafiəçi Mustafa Sek ilə 3 illik sözləşmə imzalayıb.

28 yaşlı legioner yeni komandasında 24 nömrəli formanı geyinəcək.

Həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında oynamağı bacaran Sek “Barselona”nın müxtəlif yaş qrupu komandalarında, “Latsio”, “Roma” və İtaliyanın digər klublarında çıxış edib, Niderland və Portuqaliyada oynayıb. Sonuncu klubu “Portimonense” (Portuqaliya) olub.

Karyerasını Azərbaycanda davam etdirməyi Mustafanın özü istəyib. “Portimonense” onu düşərgəsində saxlamağa dəfələrlə cəhd göstərib, lakin “Barselona”nın yetirməsi “Neftçi”nin formasını geyinməyə israr edib.

Çünki bakılıların baş məşqçisi Roman Qriqorçukun yolunu necə səbirsizliklə gözlədiyini və daim əsas heyətdə şans verəcəyini bilib.

“Ağ-qaralar” bu transferi reallaşdırmaq üçün Portuqaliya tərəfinə müəyyən miqdarda kompensasiya ödəyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti