"Neftçi" rəhbərliyi toplaşdı, olduqca VACİB QƏRAR verildi - SON DƏQİQƏ

20 Sentyabr 2024 14:40 Neftçi 6 078
"Neftçi" rəhbərliyi toplaşdı, olduqca VACİB QƏRAR verildi - SON DƏQİQƏ

Bu gün Azərbaycan Premyer Liqasının VII turunda "Qarabağ" "Neftçi"ni qəbul edəcək.

"Azərsun Arena"da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi hazırda 12 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 4 xalla 8-9-cu yerləri bölüşdürür.

"Neftçi" rəhbərliyi prinsipial matçöncəsi toplanıb. Aparılan müzakirələr zamanı Roman Qriqorçuka dəstək ifadə olunub.

Başbilənlər ukraynalı çalışdırıcıya daha bir müddət şans verməyi qərara alıb. Yəni ki, derbidə hansı nəticənin qeydə alınmasından asılı olmayaraq, o, fəaliyyətini davam etdirəcək.

Liqanın geridə qalan 6 həftəsində qələbə qazana bilməyən mütəxəssisin gələcək taleyi yenə özündən asılıdır. Növbəti 3-4 tur bu mənada Qriqorçuk üçün çox əhəmiyyətlidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...