Emin Mahmudovla bağlı yeni QƏRAR VERİLDİ – SON DƏQİQƏ

19 Sentyabr 2024 19:00 Neftçi 15 456
Emin Mahmudovla bağlı yeni QƏRAR VERİLDİ – SON DƏQİQƏ

Bu gün «Neftçi»də komandadaxili iclas keçirilib.

Toplantıda Premyer Liqanın ilk 6 turundakı qeyri-kafi nəticələr geniş müzakirə olunub.

Mövsümün geridə qalan bölümündə qələbə qazana bilməyən «ağ-qaralar» vəziyyətdən çıxış yolları axtarıb.

Roman Qriqorçuk yığıncaqda öz qərarını açıqlayıb. Baş məşqçi Emin Mahmudovu kapitanlıq sarğısından məhrum edib.

Ukraynalı çalışdırıcının göstərişinə əsasən, bundan sonra bazubənd Ramil Şeydayevin qolunda olacaq.

“Neftçi” Premyer Liqada 6 turdan sonra topladığı 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!