COP29

Bir ətək pulu cibinə qoyub getdi - Rövşən Nəcəfin 600 min dollarlıq səhvi

19 Sentyabr 00:50 Neftçi 9 868
Bir ətək pulu cibinə qoyub getdi - Rövşən Nəcəfin 600 min dollarlıq səhvi

"Neftçi" Yens Anderssonu istefaya göndərdi.

O, ötən ilin təxminən bu vaxtalarında gəlmişdi ölkəmizə.

İsveçlinin təyinatına elə görüntü vermişdilər ki, sanki beləsi heç vaxt ayaq basmamışdı buralara.

Cəmi bir il çəkdi onun fəaliyyəti. Daha doğrusu fəaliyyətsizliyi. Bu adamın nə işlə məşğul olduğu bu günə kimi də sirr olaraq qalır.

Gah dedi ki, bazadakı tikinti işlərinə nəzarət edirəm, gah akademiyadan danışdı, gah əsas komanda barədə dilucu nələrsə dilə gətirdi. Naməlumluq!

Yens Anderssonu futbolumuza urcah eləyən şəxs hal-hazırda AFFA prezidenti vəzifəsini daşıyan Rövşən Nəcəfdir. "Neftçi"nin sabiq rəhbərinin isveçlini kimin tövsiyyəsi ilə bura gətirdiyi barədə məlumat yoxdur.

Dəqiq bilinən odur ki, Rövşən Nəcəfin səhv seçimi ölkəmizə 600 min dollara başa gəlib.

Əgər Yens Andersson təzminat alıbsa, bu məbləğ daha da çoxdur. Bir il ərzində heç bir iş görməyən əcnəbi bir ətək pulu cibinə qoyub getdi. "Sağ olsun" Rövşən Nəcəf (sportal.az)...

Həmid

Digər Xəbərlər
Xəbər Lenti