COP29

“Maliyyə şərtləri məni “Neftçi”ni seçməyə məcbur etdi, anam vəfat etməsəydi...”

13 Sentyabr 13:20 Neftçi 1 212
“Maliyyə şərtləri məni “Neftçi”ni seçməyə məcbur etdi, anam vəfat etməsəydi...”

Rumıniyalı baş məşqçi Adrian Mutu “Neftçi”dən gedişi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, “Digi Sport” nəşrinə açıqlamasında Bakı təmsilçisindən ayrıldığı üçün peşman olmadığını vurğulayıb:

"O vaxt verdiyim qərar idi. Təklif çox yaxşı idi, komandanın potensialı var idi.

Maliyyə şərtləri məni “Neftçi”ni seçməyə məcbur etdi. Ondan əlavə, mənə “Rapid”də mövsümün sonunda azarkeşlər tərəfindən təzyiq var idi.

Əgər anam vəfat etməsəydi, çox güman ki, mən hələ də “Neftçi”də idim, çünki 1+1 illik müqaviləm var idi".

Adrian Mutu ötən ilin iyulundan dekabr ayına qədər Bakı təmsilçisinin baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 21:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM