Qambiya millisinin hücumçusu "Neftçi"də - RƏSMİ

29 Avqust 2024 00:00 Neftçi 1 133
Qambiya millisinin hücumçusu "Neftçi"də - RƏSMİ

"Neftçi” hücumçu transfer edib.

Sportinfo.az xəbər verir ki, qambiyalı Dembo Darbo artıq “Neftçi” ailəsinin üzvüdür.

22 nömrəli formanı geyinəcək 26 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

Bundan əvvəl müqavilə ilə BƏƏ-nin “Əl-Nəsr” klubuna məxsus olan Darbo icarə əsasında Qazaxıstanın “Astana” və “Ordabaşı” klublarında çıxış edib.

Sonuncu mövsümdə Qazaxıstan çempionatında 8 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında Soliqorsk “Şaxtyor”unda oynamış mərkəz hücumçusu 2021-ci ildə Belarus çempionatının və Superkubokunun qalibi olub.

O, Qambiya milli komandasında 5 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...