"Neftçi"də SON DƏQİQƏ ayrılığı baş verdi

28 Avqust 2024 23:40 Neftçi 7 854
"Neftçi"də SON DƏQİQƏ ayrılığı baş verdi

«Neftçi», nəhayət, problemlərindən birini həll etməyi bacarıb.

«Ağ-qaralar» Lukas Melano ilə yolun sonuna gəlib.

Ötən ilin yayında Azərbaycana gələn, ancaq özünü heç cür göstərə bilməyən argentinalı hücumçu ilə aparılan danışıqlar bu gün nəticə verib.

Roman Qriqorçukun xidmətində maraqlı olmadığı və ötən 2 ayı əvəzedici komandanın düşərgəsində keçirən cənubi amerikalı 2025-ci ilin yayında başa çatmalı olan müqaviləsini pozmağa razılaşıb.

Melano 2023-cü ilin yayında «ağ-qaralar»la 1+1 illik müqavilə imzalayıb. Ötən mövsüm 12 oyunda forma geyinən və qol hesabını aça bilməyib.

Bakılılar ona görə Argentina təmsilçisi “Sarmiento”ya transfer müqabilində təzminat ödəyib.

Buenos-Ayres komandası 31 yaşlı hücumçu ilə sözləşməyə xitam verməyin qarşılığında 50 min dollar qazanc əldə edib.

Sonuncu klubu “Atletiko Sarmiento” (2023) olan Melano Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib.

2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 millisinin heyətində 3 oyun keçirib, 1 qol vurub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti