Gənc forvardla bağlı müəmmaya reaksiya: "Bu, Qriqorçukun qərarıdır"

28 Avqust 2024 22:20 Neftçi 2 025
Gənc forvardla bağlı müəmmaya reaksiya: "Bu, Qriqorçukun qərarıdır"

Roman Qriqorçukun gözdən çıxardığı futbolçulardan biri də Ağadadaş Salyanskidir.

Komanda arxada qalan 4 turda qol vurmaq baxımından ciddi sıxıntı yaşasa da, ukraynalı mütəxəssis gənc hücumçuya güvənmək barədə düşünmür.

O, əsas komandanın arxada qoyduğu 4 turun ikisində ehtiyat skamiyada yer alıb. Digər iki matçda isə ümumiyyətlə gözə dəyməyib.

Belədə formasını bərpa etməsi üçün ən azı "Neftçi-2"də meydana çıxmasını gözləmək olardı.

Qəribə olanı isə odur ki, "ağ qaralar"ın istedadlı yetirməsi bu mövsüm Əvəzedici Liqada da meydana çıxmayıb.

Gənclər millimizin üzvü ilə bağlı yaranmış durğunluğa komandanın mətbuat katibi Asəf Zeynallı belə aydınlıq gətirib:

"Bundan öncə iki turda prtokolda olub. Ancaq son oyunda 23-lüyə düşməyib, bu da baş məşqçinin qərarıdır.

Amma komanda ilə birlikdədir, əsas komanda ilə məşqlər edir".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...